LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANMIŞDIR
AzerTAg.az
2004-2010-cu illərdə milli hidroenergetikamızın inkişaf konsepsiyasına dair tədbirlərdə Mingəçevir SES-in birinci və üçüncü hidroaqreqatlarının təzələnməsi, enerji hasilatının 20 min kilovat-saat artırılması, yaranmış gücün sistemə ötürülməsi üçün 200 meqavatlıq transformator alınıb quraşdırılması, 110 kilovatlıq yardımçı stansiyanın yenidən qurulması da nəzərdə tutulmuşdur.
Stansiyanın direktoru Surəddin Şəmilov AZƏRTAC-ın müxbirinə demişdir ki, artıq bu işlərin görülməsinə başlanmışdır. Birinci hidroaqreqatın turbini sökülmüş, təzə avadanlıq və ehtiyat hissələr alınıb gətirilmişdir. Layihədə nəzərdə tutulmuş bütün texniki yeniləşmə və dəyişiklikləri “Azərenerji” SC-nin öz mütəxəssisləri həyata keçirəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var