İDMAN
LİSENZİYA TURNİRİNDƏ DÖRDDƏ BİR FİNAL GÖRÜŞLƏRİ KEÇİRİLMİŞDİR
60 kiloqram çəkidə Marius Koperski (Polşa) Hüsnü Qoçabaşa (Hollandiya), Murad Xarçev ( Rusiya) Andre Murraya (İrlandiya), Vladimir Kravets (Ukrayna) Filip Paliçə (Xorvatiya), Anatoli Naviçok (Belarus) Saber Bouzayneyə (Fransa) qalib gəldilər.
91 kiloqramdan yuxarı çəki dərəcəsində Qagi Bolkvadze (Gürcüstan) görüşdən imtina etdiyinə görə, qələbə Azərbaycan idmançısı İlqar Məmmədova verildi. Həmin çəkidə Modo Sallah (İsveç) Nus Nelsonu (Albaniya), Qurban Günəbaxan (Türkiyə) Yan Millarvini (Şotlandiya), Aleksey Mazikin (Ukrayna), Esmir Kukiçi (Bosniya və Herseqovina), Marius Vaç (Polşa) Devid Praysı (Böyük Britaniya), Məhəmməd Səmudi (Fransa) Darren Morqanı (Uels), Aleksandr Pejanoviç (Serbiya və Çernoqoriya) Şaba Kurtuçu (Macarıstan) məğlubiyyətə uğratdılar.
Axşam 48, 54 və 81 kiloqram çəki dərəcələrində görüşlər keçirildi.
48 kiloqram çəki dərəcəsində Darran Lanqley (İngiltərə) Zviad Xaduriyə (Gürcüstan), Ceyhun Əbiyev (Azərbaycan) Vladislavs Sokolosa (Latviya), Vyaçeslav Qocan (Moldova) Mumin Vəliyə (Makedoniya), Atagül Yalçınqaya (Türkiyə) Georgi Çikayevə (Ukrayna) üstün gəldilər.
54 kiloqram çəki dərəcəsində Xavaci Xatsiqov (Belarus) Valdemar Çuçerranunu (Rumıniya), Bahir Həsən (İsveç) Vittorio Parrimellonu (İtaliya), Sədrar Avçı (Türkiyə) Vilhelm Xrabçovu (Almaniya) məğlubiyyətə uğratdılar. Ağası Məmmədovun rəqibi Georgi Tilanava (Gürcüstan) rinqə çıxmaqdan imtina etdiyinə görə, idmançımız növbəti mərhələyə vəsiqə qazandı.
81 kiloqram çəki dərəcəsində Kamara Babakar (İsveç) Tennet Yeqanı (İrlandiya) məğlub etdi, David Çiklauri (Gürcüstan) rinqə çıxmaqdan imtina etdiyinə görə, Azərbaycan boksçusu Əli İsmayılov da yarımfinala vəsiqə aldı. Konstantin Becenaru (Rumıniya) Coxna Doviyə (Fransa), Məhəmməd Arifhacıyev (Belarus) isə İstavan Szuçsa (Macarıstan) qalib gəldilər.
Aprelin 30-da 69 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində görüşlər keçiriləcəkdir.