SİYASƏT


Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkəti intensivləşir

Şuşa, 5 fevral, Elmir Səftərov, AZƏRTAC

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən intensiv hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha üç nəqliyyat vasitəsi, bir təminat və iki hərbi təyinatlı avtomobilin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 29-a çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.