CƏMİYYƏT


Laçın rayonuna mediatur təşkil edilib VİDEO

Bakı, 1 dekabr, AZƏRTAC

Müdafiə Nazirliyi Laçın rayonunun işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı mediatur təşkil edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar. Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.

Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.