ELM VƏ TƏHSİL


Laçın rayonunun təhsil statistikası açıqlanıb

Bakı, 1 dekabr, AZƏRTAC

Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. 2020-2021-ci tədris ilində rayon üzrə 104 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1808, şagirdlərin sayı isə 13 min 615 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.