Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Landini traktor hekayəsi - Rektorumuzun ad günündə gənclərimizə hədiyyəsi VİDEO

Landini traktor hekayəsi - Rektorumuzun ad günündə gənclərimizə hədiyyəsi VİDEO

Bakı, 2 may, AZƏRTAC

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal Rektor Hafiz Paşayevin doğum günündə onun Universitetlə bağlı təşəbbüslərini ADA icması ilə hekayə kimi bölüşüb. AZƏRTAC həmin hekayəni və onu əks etdirən videonu təqdim edir.

Hər yeni başlanğıcın bizə “məhz bu o andır” hissini yaşadan bir məqamı olur. Bu bir inam və nikbinlik qığılcımını alovlandıran, həqiqətən də, xəyalların real ola biləcəyini təsdiqləyən həmin andır. Çox vaxt liderlər tərəfindən yaradılan bu təşviqedici anlar hər kəsi bir vəzifə və yaxud məqsəd ətrafında birləşməyə sövq edir.

Məhz bu anlardan biri bir neçə gün əvvəl İtaliyanın Bolonya Universitetinin nümayəndə heyətinin rektoru Covanni Molarinin rəhbərliyi altında ADA və Bolonya universitetlərinin “Kənd təsərrüfatı və qida elmlərinin idarə edilməsi” adlı birgə sertifikat proqramına başlamaq üçün gəldikləri ölkəmizə ziyarət əsnasında yaşandı. Bu proqram ADA Universitetinin yeni yaranan Kənd təsərrüfatı və qida sənayesi fakültəsinin ilk proqramıdır.

ADA Universiteti İnformasiya texnologiyaları, iqtisadiyyat, mühəndislik, idarəetmə və beynəlxalq münasibətlər üzrə kadr hazırlığında xeyli təcrübəyə malik olsa da, hazırkı dövrdə Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün peşəkarlar yetişdirmək bizim üçün yeni çağırışdır. Sirr deyil ki, bu sahə gənclərimiz üçün o qədər də cəlbedici deyil. Bir çox gənclərdə hələ də bu sahəyə inamsızlıq var, çünki bu sahə məhdud potensiallı, az innovasiyalı və aşağı gəlirlidir. Bu səbəbdən, nəhayət ki, başladığımız bu proqramda qarşımızda duran ən mühüm və maraqlı vəzifələrdən biri gənclərimizdə bu sahəyə qarşı istək oyatmaq, onlarda stimul yaratmaq idi.

Bolonya Universitetindən olan tərəfdaşlarımızın səfəri qeyri-iş günlərinə təsadüf etdiyindən qonaqlarımızı münbit torpaqları və müasir infrastrukturu görmələri, həmçinin bölgə ilə tanış olmaları və xoş zaman keçirmələri üçün Şamaxıya apardıq. Ətrafdakı bayram havası masa ətrafında apardığımız mədəniyyət, bilik və təcrübə mübadiləsinə ayrıca bir rəng qatırdı.

Rektor Molarinin səfərindən əvvəl biz onun tədqiqat fəaliyyətinin kənd təsərrüfatı maşınları ilə bağlı olduğunu və traktorlara olan xüsusi marağı haqqında eşitmişdik. Elə buna görə də düşündük ki, rektorun italyan Landini traktorunu idarə etməsi yeni təşəbbüsümüz üçün simvolik bir an olacaqdır. Şamaxı isə bu təşəbbüsü reallaşdırmaq üçün ən gözəl məkan idi. Traktorlar əvvəlcədən hazılanmışdı və sanki bizi qarşılamaq üçün sıraya düzülmüşdü. Mənim traktorlarla bağlı xatirələrim sovet dövrünə gedib çıxır: onlar çox böyük idi və açığı o qədər də cəlbedici deyildi. Lakin Landini traktorları yığcam, müasir idi və gözəl mavi rəngə boyanmışdı, çox “tərz” görünürdü. Dərhal tələbələrimiz gözümün önündə canlandı - parlaq, dinamik, yenilikçi gənclər belə bir avtomobilin sükanı arxasında qollarını çırmalayır, aqronom olmaq və bu sahəyə yeni nəfəs vermək üçün cəsarətli və əmin addımlarla irəliləyirlər.

Rektor Molari traktorlardan birini idarə edərkən rektor Paşayev də başqa bir traktorun sükanının arxasına keçdi və sürməyə başladı. Bu, gənclərimizə bir çağırış idi. Regionun ən yaxşı kənd təsərrüfatı fakültələrindən birini qurmaq və kənd təsərrüfatı iqtisadiyyatına yeni nəfəs gətirməyə səsləyən bir çağırış.

Hər iki rektorun Landinini idarə etməyi “məhz bu o an idi ” - bir missiya ətrafında birləşdirən, güvən, nikbinlik və özündə inam doğuran, liderlər tərəfindən yaradılan və ruh yüksəkliyi oyadan o an.

ADA və Bolonya universitetlərinin əməkdaşlığı ilə hazırlanan üç moduldan ibarət birgə sertifikat proqramının ilk sessiyası aprelin 25-də başladı və aprelin 29-da uğurla başa çatdı. Bu birgə sertifikat proqramına nazirliklərdən, şirkətlərdən və elmi-tədqiqat institutlarının idarə heyətindən 30 aparıcı mütəxəssis və tədqiqatçı cəlb olunub. İkinci modul onlayn formatda təşkil olunacaq. Sonuncu modulda isə azərbaycanlı mütəxəssislərimiz seminar və sahə səfərlərində iştirak etmək üçün bu ilin iyul ayında Bolonyaya gedəcəklər.

Bu sertifikat proqramı ilə yanaşı digər tərəfdaşımız olan Luiss Universiteti ilə yeni başladığımız qlobal idarəetmə və siyasət ikili diplom magistr proqramı çoxşaxəli İtaliya-Azərbaycan Universiteti layihəsinin ilk bəhrələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan İtaliya-Azərbaycan Universiteti layihəsi ölkəmizdə ali təhsil sisteminin təkmilləşdirilməsi və İtaliyanın tanınmış universitetləri ilə əlaqələrin genişləndirilməsi məqsədi daşıyır. Kənd təsərrüfatı, mühəndislik, memarlıq və dizayn sahələrində qlobal təcrübəyə malik beş nüfuzlu İtaliya universiteti ADA Universiteti ilə birlikdə Kənd təsərrüfatı və Qida elmləri və Dizayn və memarlıq fakültələri quracaqlar. Bu iki yeni fakültə ilə yanaşı mövcud İnformasiya texnologiyaları, Mühəndislik və Biznes fakültələrində də bir sıra ikili diplom proqramları tətbiq ediləcək.

Bu yaxınlarda rektor Paşayevin televiziya müsahibəsində vurğuladığı kimi, ADA Universitetinin əsas məqsədi Azərbaycanın postneft iqtisadiyyatının inkişafına töhfə verəcək sahələrdə yeni mütəxəssislər hazırlamaq və onlar üçün karyera imkanlarını genişləndirməkdir.

Bu gün – mayın 2-si rektor Paşayevin ad günüdür! Adətən ad günləri dostlarımızın və ailəmizin hədiyyələr verdiyi günlərdir. Ancaq bu dəfə Rektorumuz öz ad günündə gənclərimizə özü hədiyyə etdi - yeni iş imkanları və ölkələrinin gələcək inkişafının bir parçası olmaq fürsətləri!

Ad gününüz mübarək, cənab Rektor! Dəyərli hədiyyəniz üçün təşəkkür edirik!

 

Landini traktor hekayəsi - Rektorumuzun ad günündə gənclərimizə hədiyyəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI