İDMAN


Latifi “Uilyams”la müqavilə imzalayıb

Bakı, 10 sentyabr, AZƏRTAC 

Formula 2-nin kanadalı pilotu, “Uilyams” komandasının ehtiyat pilotu Nikolas Latifi növbəti mövsüm üçün Britaniya komandası ilə döyüş pilotu müqaviləsi imzalayıb.

AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, o, Qrouvda Robert Kubitsanı əvəzləyəcək. Latifinin “Uilyams” ilə müqavilə imzalayacağı barədə şayiələr, demək olar, bütün mövsüm boyu dolaşıb. KİV-lərin yaydığı məlumata görə, kanadalı artıq indiki mövsümdə komandanın heyətinə qoşula bilər. Lakin əslində, bu, mümkün deyil, çünki Latifinin superlisenziyası yoxdur. O, bu F-2 mövsümündə ümumi hesabda ikinci yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.