SİYASƏT


Latviya Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dəyişməz mövqeyini bir daha ortaya qoyub

Riqa, 20 sentyabr, AZƏRTAC 

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Latviyaya səfəri zamanı keçirilən görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, münaqişə ilə bağlı aparılmış müzakirələr zamanı Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviçs ölkəsinin bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulayıb. O, münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, sülh yolu ilə həllini dəstəklədiyini ermənistanlı həmkarının diqqətinə çatdırıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.