DÜNYA


Latviyanın Baş naziri ölkəsində COVID-19-la bağlı məhdudiyyətlərin gücləndirilməsinə çağırıb

Riqa, 25 noyabr, AZƏRTAC

Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar həddindən artıq yüklənib, xəstələrin sayı artmaqdadır, bu da xəstəxanaların planlı əməliyyatları təxirə salmaqla işlərini yenidən qurmalarının lazım olduğunu göstərir.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş ölkəsində COVID-19 pandemiyasının yayılma sürətinin azaldılması məqsədilə tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsinə dair koalisiyanın iclasından sonra belə söyləyib.

Baş nazir Krişyanis Karinş koronavirusa yoluxma sayında artımın iqtisadiyyatın xeyrinə olmadığını da əlavə edib. O hesab edir ki, heç bir tədbir görülməzsə, bu acınacaqlı vəziyyət xəstəxanalardan başlayaraq bütün ölkəni bürüyəcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.