DÜNYA


Latviyanın və İtaliyanın XİN rəhbərləri “Şərq tərəfdaşlığı” Sammiti ilə bağlı müzakirələr aparıblar

Riqa, 1 dekabr, AZƏRTAC

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo ilə görüşüb.

AZƏRTAC Latviya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Latviya ilə İtaliya arasında ikitərəfli münasibətlər, miqrasiya problemləri, həmçinin bu ay Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” Sammiti ətrafında müzakirələr aparılıb.

Latviyanın xarici işlər naziri ölkəsinin təhlükəsizliyinə verdiyi töhfəyə, eləcə də İtaliyanın NATO-nun missiyalarında iştirakına, Strateji Kommunikasiyalar Mərkəzində (Stratcom) fəaliyyətinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Nazirlər, həmçinin Avropa sığınacaq sistemində islahatlar və miqrasiyaya dair yeni çağırışlar fonunda Avropa İttifaqının (Aİ) qanunvericilik bazasının tənzimlənməsi ilə bağlı Avropa Komissiyasının gözlənilən təklifləri ətrafında fikirlərini bölüşüblər.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.