DÜNYA


Latviyanın xarici işlər naziri: Şərq Tərəfdaşlığı aktuallığını itirməyib

Riqa, 14 may, AZƏRTAC 

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç həmkarları ilə Brüsseldə keçirilmiş görüşdə Şərq Tərəfdaşlığının hələ də aktual olduğunu deyib, Avropa İttifaqının (Aİ) bu istiqamətdə əməkdaşlığı davam etdirməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, nazir Şərq Tərəfdaşlığını uğurlu format adlandırıb. O əlavə edib ki, hazırda Şərq Tərəfdaşlığı doğru istiqamətdədir. Ancaq Şərq Tərəfdaşlığının gələcək siyasi məqsədlərinə strateji yanaşma lazımdır. Avropanın Şərqdəki qonşularını sabit, sürətlə irəliləyən və təhlükəsiz görmək istəyirik. Buna görə də 2020-ci ildən sonrakı dövr üçün əməkdaşlığın məqsəd və vəzifələri üzərində işə başlamaq üçün vaxt gəlib çatıb.

Latviya ilə Şərq Tərəfdaşlığı ölkələrinin münasibətlərinə toxunan nazir qeyd edib ki, Latviya ticarət, enerji, rəqəmsal və telekommunikasiya sahələrində potensial əməkdaşlıq imkanları görür.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.