SİYASƏT


“Le Figaro” Laçının Azərbaycana qaytarılmasından yazıb

Paris, 1 dekabr, AZƏRTAC

Fransanın “Le Figaro” qəzeti Azərbaycan Ordusunun Laçın rayonuna daxil olması barədə xəbəri dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda noyabrın 10-da imzalanan birgə bəyanata əsasən, Laçın rayonunun Azərbaycana geri qaytarıldığı bildirilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçına daxil olub.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadən dərc olunan xəbərdə noyabrın 10-da imzalanan birgə bəyanatdan bəhs olunur, Kəlbəcər və Ağdamdan sonra dekabrın 1-də Laçın rayonunun da Azərbaycanın nəzarəti altına keçdiyi qeyd edilir.

Altı həftə davam edən müharibədə Azərbaycan Ordusunun qazandığı uğurlar qeyd edilir, bir neçə rayonun məhz hərbi əməliyyatlar zamanı işğaldan azad edildiyi diqqətə çatdırılır.

Həmçinin bildirilir ki, birgə bəyanata əsasən Azərbaycana qaytarılan əraziləri tərk edən ermənilər evləri yandırıb və bütün infrastrukturu dağıdıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.