REGİONLAR
Lənkəran Dövlət Dram Teatrından nəcib təşəbbüs
Lənkəran, 12 noyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-dən noyabrın 10-na kimi şanlı Azərbaycan Ordusunun qazandığı qələbələri böyük həyəcan və intizarla izləyən Lənkəran Dövlət Dram Teatrının kollektivi əsgərlərimizin şücaətini, xalqımızın vətənpərvərlik qüdrətini vəsf etmək məqsədilə audioçarx formatında ədəbi-bədii və musiqili kompozisiyası hazırlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tez-tez yenilənən audioçarx səsgücləndirici qurğular vasitəsilə teatrda və Lənkəran şəhərinin müxtəlif ərazilərində səsləndirilir.
Teatrın aktyorlarının ifasında audiolentə alınmış “İgid əsgər, möhkəm dayan!”, “Əziz, doğma Şuşamız”, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır”, “Müzəffər Ali Baş Komandan” və digər bu kimi başlıqlı şeirlər, mahnılar, musiqi nömrələri sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv musiqili ədəbi-bədii kompozisiyanı rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də nümayiş etdirmək niyyətindədir.