REGİONLAR


Lənkəran Dövlət Dram Teatrının aktyorları Bakıda “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edəcəklər

Lənkəran, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC

Noyabrın 22-dən 30-dək Bakının teatrlarında görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş “Cəfər Cabbarlı həftəsi” keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həftə çərçivəsində Lənkəran Dövlət Dram Teatrının aktyorları noyabrın 27-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu yaxınlarda premyerası keçirilmiş tamaşa, həmçinin qonşu Lerik rayonunda da oynanılıb.

Əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), aktyorlardan Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.