CƏMİYYƏT


Lənkəran rayon sakinindən üç kiloqramdan çox marixuana götürülüb

Bakı, 29 iyun, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş F.Abbasov Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Lənkəran rayon sakini A.Qafarov da saxlanılıb. Həmin şəxsin evindən 3 kiloqram 145 qram marixuana, 8 qramdan artıq heroin və 6 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.