CƏMİYYƏT


Lənkəran şəhər sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb

Bakı, 22 noyabr, AZƏRTAC

Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev şəhər rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 108 qramdan artıq heroin, 92 qramdan çox metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Onun barəsində aparılmış tədbirlərlə həmin şəxsin rayon ərazisindəki iki evdən pul və televizor, bir həyətdən isə 500 manat dəyərində inşaat materialları oğurlaması da müəyyənləşib.

Faktla bağlı təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.