REGİONLAR


Lənkəranda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinə start verilib

Lənkəran, 18 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş onlayn şer müsabiqəsinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd böyük şairin həyat və yaradıcılığını təbliğ etmək, eləcə də istedadlı və yaradıcı gəncləri üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Səsləndirilmiş şeirlər videoçarx formasında İdarənin “[email protected]” elektron poçt ünvanına və ya (050) 748-68-78 “whatsApp” nömrəsinə göndərilməlidir.

Müsabiqədə iştirak üçün yalnız dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş və ya şairin özünün müəllifi olduğu əsərlərdən parçalar təqdim edilməlidir.

Aprelin 20-də yekunlaşacaq müsabiqənin qaliblərinə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mükafatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.