REGİONLAR
Lənkəranda “Turizm işçiləri günü” qeyd olunub
Lənkəran, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 27-də Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə rayon mərkəzi kitabxanasında “Turizm işçiləri günü”nə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov ölkəmizdə turizm sahəsində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin turizmin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb.
“Turizm işçiləri günü” ilə bağlı kitabxananın foyesində Lənkəran rayonunun turizm potensialını əks etdirən fotosərgi təşkil olunub.
Tədbirdə Azərbaycanın turizm potensialını nümayiş edən videoçarxlar və Mərkəzin sifarişi ilə çəkilmiş “Lənkəranı fərqli kəşf edək” turizm tanıtım videoçarxı nümayiş olunub, iştirakçılara rayonun turizm potensialını təbliğ edən çap məhsulları - bukletlər və təqvimlər paylanılıb.