REGİONLAR
Lənkəranda kənd təsərrüfatı məhsullarının istehsalı 6,1 faiz artıb
Lənkəran, 30 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda kәnd təsәrrüfatı bitkilәrinin yığımı davam edir. Bu ilin doqquz ayında sahələrdən qarğıdalı da daxil olmaqla 4296,5 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 19,5 faiz çox dənlilər və dənli paxlalı bitkilər, 4150,6 ton (9,6 faiz çox) kartof, 73796,2 ton (8,5 faiz çox) tərəvəz, 4384,3 ton (21,1 faiz çox) meyvə və giləmeyvə, 193,2 ton (13,6 faiz az) yaşıl çay yarpağı yığılıb.
Bu barədə Lənkəran Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı 6,1, o cümlədən bitkiçilik məhsullarının istehsalı 12,1 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]