REGİONLAR
Lənkəranda onlayn inşa-yazı müsabiqəsi keçirilir
Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev, müstəqil Azərbaycan və qazandığımız Zəfər” mövzusunda onlayn inşa-yazı müsabiqəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ etmək, gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılamaqdır.
Müsabiqədə iştirak etmək istəyən gənclərin yazdıqları inşa yazıları Azərbaycan dilinin fonetik, leksik, qrammatik və üslub normalarına uyğun olaraq aydın və səlis şəkildə yazılmalı və mövzuya uyğun olmalıdır.
Müsabiqə iştirakçıları yazdıqları inşa yazılarını [email protected] elektron poçt ünvanına və ya (050) 748 68 78 vatsap nömrəsinə göndərə bilərlər.
Qaliblər Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqlar.