REGİONLAR
Lənkəranda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
Lənkəran, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla oğurluq edən şəxsin ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub.
T.Abbasov saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı 1 bükümdə heroin aşkarlanaraq götürülüb.
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə rayonun Boladi kəndində yerləşən bir evdən 1700 ABŞ dolları oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.