CƏMİYYƏT
Lənkəranda yanğın zamanı 8 hektar ərazidə quru ot örtüyü yanıb
Bakı, 6 iyul, AZƏRTAC
Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən və Qızılağac Milli Parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının və yerli əhalinin səyləri nəticəsində söndürülüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində təxminən 8 hektar ərazidə quru ot örtüyü, kol-kos və qamışlıq sahə yanıb.
Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyətinə səbəb vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi olur. Nazirlik bir daha isti hava şəraiti ilə əlaqədar əhaliyə odla ehtiyatlı olmağı, biçin zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]