Lənkəranda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb VİDEO
AzerTAg.az
Lənkəran, 3 iyun, Bağır Əliyev, AZƏRTAC
Ələt-Astara magistral yolunun 185-ci kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Liman şəhər sakini İxtiyar Şüşəxanovun idarə etdiyi 99 BP 220 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan Cəlilabad rayon sakini İlkin Rzayevə məxsus 90 PN 921 dövlət qeydiyyat nişanlı "Laguna" markalı minik avtomobili ilə toqquşub.
Yol qəzası zamanı "Mercedes"də olan sərnişin, Liman şəhər sakini Vüqar Rzayev aldığı xəsarətlərdən yerindəcə keçinib.
"Mercedes"in sürücüsü İlkin Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var