Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

“Lenta.ru”: Məsələnin kökü Amerikaya gedib çıxır

Marqarita Simonyanın replikası Nikol Paşinyanı nə üçün cinləndirib?

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 30-da Rusiyanın “Lenta.ru” saytında Konstantin Lyapunovun “Məsələnin kökü Amerikaya gedib çıxır” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC həmin məqaləni ixtisarla təqdim edir.

X   X   X

RT telekanalının baş redaktoru Marqarita Simonyanın “Facebook” şəbəkəsində yazdığı post Ermənistanın baş naziri Nikol Paşinyanın əməlli-başlı xatirinə dəyib. O dərəcədə ki, siyasətçi dərhal ona cavab verməyi qərara alıb və telekanalın jurnalistlərini məxsusi bu məqsədlə Yerevana dəvət edərək, RBK TV-yə müsahibə verib. Rusiya KİV-lərinin baş redaktorunun sözləri nəyə görə Ermənistan rəhbərinin xoşuna gəlməyib? “Lenta.ru” bu məsələni araşdırmağa çalışıb.

Əvvələn, media savaşının hansı kontekstdə baş verdiyini nəzərə almaq lazımdır. Son iki həftə ərzində Azərbaycan-Ermənistan sərhədində və Dağlıq Qarabağda baş vermiş silahlı toqquşmalar iyirmi nəfərin həyatı bahasına başa gəlib. Ermənistan və Azərbaycan barışmaz mövqelər tutur, bir-birini provokasiyalarda və dinc kəndləri atəşə tutmaqda ittiham edirlər. Buna görə də milliyyətcə erməni olan Marqarita Simonyanın həmin münaqişəni başlamış rəsmi Yerevana müraciətinin tonu tamamilə aydındır: “Özünüzə kənardan baxın. Görün, siz nə edirsiniz. Özünüzü necə aparırsınız. Siz necə ermənisiniz?”. Simonyan Ermənistan rəhbərliyini “müvəqqəti hakimiyyət və xırda şəxsi intiqam xatirinə böyük erməni xalqının mənafelərini satmış bir ovuc siyasətbaz” adlandırıb.

Minskdən gözlənilməz reaksiya

Ermənistan hökumətinin başçısı Belarusa nə üçün uçmuşdu? Rusiyanın ən iri beynəlxalq KİV-nin rəhbəri olan RT-nin baş redaktoru fəaliyyətdə olan nazirlər kabinetinin Ermənistanın tarixi müttəfiqi Rusiyaya münasibətdə bir sıra hərəkətlərindən yan keçə bilməyib. Simonyanın fikrincə, Rusiyanın Ermənistana münasibətdə etdiyi bütün yaxşılıqların cavabında bizim dövlətimiz heç nə əldə etməyib. RT-nin baş redaktoru yazır: “Sizin Rusiyadan aldığınız yaxşılıqların və müdafiənin müqabilində siz yalnız siyasi qisas xatirinə Rusiyanın dəyişməz müttəfiqi Robert Koçaryanı həbs etdiniz. Siz ölkəni anti-Rusiya ruhlu qeyri-kommersiya təşkilatları ilə doldurmusunuz. Onlar sizin ərazinizdə gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrədirlər. Siz Qafqazda anti-Rusiya qüvvələrinin döyüş meydanına çevrilmisiniz. Siz rusiyalı erməni biznesmenləri qovmusunuz. Sizin media və sosial şəbəkələr Rusiyanın üzərinə hər an çirkab atırlar”. Onun sözlərinə görə sərhəddə müharibə və indiki rejimin mövcudluğu təhlükə altında qalanda Ermənistan hökuməti xatırlayıb ki, Rusiya Ermənistanı yenə xilas etməlidir. Müharibənin özü barədə Simonyan tamamilə aydın şəkildə deyib: “Dayanın! Nə qədər ki, gec deyil, sadəcə, gec deyil!”

Müttəfiqlər

Nikol Paşinyan bir neçə gündən sonra cavab verdi. 2008-ci ildə konstitusiyalı quruluşu devirməkdə ittiham edilmiş keçmiş prezident Robert Koçaryanın həbsi ilə bağlı iddiaları şərh edən Paşinyan vurğulayıb ki, Rusiyanın müttəfiqləri ayrı-ayrı siyasətçilər deyil, bütün erməni xalqıdır. Onun sözlərinə görə, bir sıra xadimlər uzun müddət özlərini Rusiyanın yeganə müttəfiqi kimi təqdim ediblər, əslində isə Rusiyanın müttəfiqi erməni xalqıdır.

Baş nazirin sözlərindən belə çıxır ki, Ermənistan postsovet dövründə, ilk növbədə, qərb ilə fəal qarşılıqlı münasibətlər qurub. Lakin faktlar göstərir ki, strateji dövlət vəzifələrini (məsələn, təhlükəsizlik şurasının rəhbəri vəzifəsini və ya nazir portfellərini Corc Soros ilə affilyasiya edilmiş qeyri-kommersiya təşkilatlarının nümayəndələri məhz 2018-ci il “Məxməri inqilabı”ndan sonra almağa başlayıblar. Yeri gəlmişkən, Paşinyanı dəstəkləmək üçün küçələrə çıxanlar arasında məhz Sorosun qeyri-kommersiya təşkilatlarını təmsil edənlər şübhəli dərəcədə çox idi.

Tərəfdaşların köməyi

İddialı amerikalı oliqarx – siyasi texnoloq ilə əlaqələrin Ermənistanda hələ də davam etməsini onun təşkilatlarının koronavirusa qarşı mübarizədə fəal köməyi də sübut edir. Məsələn, iyulun 20-də məlum olub ki, “Açıq cəmiyyət – Ermənistan” fondu koronavirusa qarşı mübarizə üçün 600 min dollardan çox vəsait ayırıb. Fondun bəyanatında deyilirdi ki, “Açıq cəmiyyət – Ermənistan” fondu öz tərəfdaşları və Ermənistan Respublikası hökuməti ilə birlikdə ölkədə baş verənləri izləməkdə davam edir.

Amerikalı rabitəçi

Son vaxtlar Ermənistan siyasətində Birləşmiş Ştatlarla bu və digər şəkildə bağlı olan insanların sayı artmaqdadır. Məsələn, keçən il iyun ayında Amerikanın Qlendeyl şəhərinin keçmiş meri Zare Sinanyan Ermənistan hökumətində diaspor məsələləri üzrə komissar oldu. Bu vəzifə diaspor nazirliyinin ləğv edilməsindən və nazirlər kabinetinin optimallaşdırılmasından az sonra təsis edilib.

Ermənistanın ali siyasi dairələrində daha bir iddialı fiqur ədliyyə nazirliyinin yeni rəhbəri Rustam Badasyandır. Badasyan bu vəzifəyə təyin edilənə qədər mətbuatda belə şayiə yayılmışdır ki, onun namizədliyini Soros fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan dəstəkləyib.

Bu müəssisələr korrupsiya hallarını təhqiq etməli və korrupsionerləri məsuliyyətə cəlb etməlidirlər. Bundan əlavə, mütəxəssis Ermənistanın hakimiyyət orqanlarına hüquq-mühafizə sahəsində islahatların hazırlanması və həyata keçirilməsi məsələlərinə dair məsləhətlər verməlidir. O, ədliyyə nazirliyi və digər asayişi mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Ermənistan təhlükəsizlik şurasında və xüsusi istintaq xidmətində də Sorosun “öz adamları” var. Məsələn, xüsusi istintaq xidmətinin rəisi Sasun Xaçaturyanın qardaşı Soros fondunun idarə heyəti şurasının sədri, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qreqoryan isə “Transparency İnternational”ın yetirməsidir. Onlar hər ikisi “Məxməri inqilab”dan dərhal sonra bu vəzifələrə təyin ediliblər.

Onu da unutmaq olmaz ki, Ermənistanda Rusiya biznesi təqib edilir. RF Xarici İşlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin Rusiya qazının qiymətlərinin azaldılması barədə israrlı tələbləri kontekstində demək olar ki, açıq-aşkar bunu bəyan edib. Yuxarıda deyilənləri yekunlaşdıraraq böyük inamla demək olar ki, Ermənistanda mühüm vəzifələri amerikapərəst qeyri-kommersiya təşkilatlarının nümayəndələri tutduqca, Qafqazın bu respublikası dövlətlərarası münasibətlərdə yeni gərginlik ocaqları yaradacaq, Marqarita Simonyanın postu isə bu problemin üzərindəki pərdəni rəsmi səviyyədə qaldırıb. Paşinyanın həmin posta dərhal reaksiya verməsi bu fərziyyəni bir daha təsdiq edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək