CƏMİYYƏT
Lerik rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Oktyabrın 22-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva saat 12:00-da Lerik rayonunda Mədəniyyət Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbulda Lerik, Yardımlı rayonlarının vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılacaq.
Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Lerik rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.