İQTİSADİYYAT


Lerikin Noda-Şinğədulan-Xanagah avtomobil yolu əsaslı təmir edilir

Lerik, 24 aprel (AZƏRTAC). Lerikdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərancamı ilə ayrılmış vəsait hesabına uzun illər bərbad vəziyyətdə olan, 30 min əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 36 kilometr olan Noda-Şingədulan-Xanagah avtomobil yolu əsaslı təmir edilir.

Region iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış asanlaşacaqdır.

Layihəyə uyğun olaraq yol torpaq yatağı 10 metr, eni 6 metr ikzolaqlı asfalt-beton qarışığından tikiləcəkdir. Yol boyunca hər biri ikiaşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək, 80 ədəd su ötürücü quraşdırılacaqdır.

Yolunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.