MƏDƏNİYYƏT


“Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünəməxsus yer tutan “Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim ediləcək səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində izləniləcək.

Sentyabrın 29-da nümayiş olunacaq və 2 saat 30 dəqiqə davam edəcək operada Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.