Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Li Yong: Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır

Bakı, 26 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC

Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır. Bu fikir BMT-nin Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun noyabrın 26-da Bakıda işə başlayan konfransın iştirakçılarına ünvanlanmış video müraciətində səslənib.

“XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransın təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransda müasir sənaye siyasətində yeni yanaşmaların müzakirə olunacağını bildirdi. Nazir sənayenin Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunduğunu xatırlatdı, konfransın işinə uğurlar arzuladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxundu.

BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi bu ali qurumun Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim etdi.

Bakı Beynəlxalq sənaye konfransını yüksək dəyərləndirən Li Yong video-müraciətində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin “Sənaye ili” elan etməsini yüksək qiymətləndiririk. Biz Azərbaycanda sənayenin inkişafına yönələn siyasəti təqdir edir və bilirik ki, sənaye yeni texnoloji tərəqqiyə şərait yaradır, həyat şəraitinin yüksəlməsinə, yoxsulluğun azaldılmasına təkan verir. İnanıram ki, bu gün imzalanacaq “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair Çərçivə Proqramı” Azərbaycan iqtisadiyyatına, dayanıqlı inkişafa, “Azərbaycan-2020” İnkişaf Konsepsiyasına öz töhfəsini verəcək”.

Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek diqqətə çatdırdı ki, Azərbaycan son illərdə çox uğurlu tərəqqi əldə edib. İqtisadi artım, institusional təsisat və ekologiya sahələrində də inkişaf göz önündədir. Azərbaycan orta gəlirli ölkədən bilik iqtisadiyyatına keçid kimi prioritet istiqamət seçib. Dünyada elə bir ölkə yoxdur ki, sosial iqtisadi inkişafa kiçik və orta sahibkarlığı, sənayeni inkişaf etdirmədən keçə bilsin. Bu baxımdan Azərbaycanın kiçik və orta sahibkarlığı inkişaf etdirmək, müasir texnologiyaları tətbiq etmək siyasəti alqışlanmalıdır.

A.Broek konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə dəstək verəcəyinə əminliyini bildirdi.

Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel çıxışında vurğuladı ki, Azərbaycan iqtisadi şaxələndirməni, qeyri-neft sektorunun inkişafını özünün prioriteti elan edib. Bu isə kiçik və orta sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. “Biz Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm veririk”, - deyən səfir qeyd etdi ki, sənayenin inkişafından danışarkən bilikli kadr ehtiyatını yaddan çıxarmaq olmaz. Burada mükəmməl təhsil və peşə sahələrinə xüsusi fikir verilməlidir. Ümumiyyətlə, mütərəqqi, qabaqcıl təcrübələrin paylaşılması bu baxımdan çox önəmlidir.

“Əminəm ki, bu konfrans təcrübə mübadiləsinə, eləcə də Azərbaycanın bu təcrübələrdən faydalanmasına öz töhfəsini verəcək”, - deyə H.Tempel bildirdi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və  BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı”nı imzaladılar.

Fasilədən sonra Bakı Beynəlxalq sənaye konfransı “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyası ilə işini davam etdirdi. Sessiyada iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verdi. Qeyd olundu ki, sənaye Azərbaycanda iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Azərbaycan sənayesi zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə Bakıda 1848-ci ildə sənaye üsulu ilə neft hasil edilib. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur.

Azərbaycanda sənayenin tarixi barədə ətraflı məlumat verən nazir 2003-2014-cü illərdə əldə olunan uğurlardan bəhs etdi. Qeyd olundu ki, 2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdən biri olub. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb.

Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr barədə məlumat verən Ş.Mustafayev ölkəmizdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsinin yüksəldiyini vurğuladı. Statistik göstəriciləri açıqlayan iqtisadiyyat və sənaye naziri bildirdi ki, sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəlib. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.

Nazir Şahin Mustafayev qeyd etdi ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, maliyyə, beynəlxalq bazarlara çıxış imkanları, institusional potensial və s. ölkə sənayesinin sürətli inkişafına əlverişli şərait yaradır.

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Кalamanov, Səudiyyə Ərəbistanının İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə olunan uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışdılar.

Sonra Fransanın “Alston” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

“Sənaye parkları və klasterləri: dayanıqlı sənaye siyasətində beynəlxalq təcrübələr” mövzusunda keçirilən ikinci panel sessiyasında Türkiyə, Almaniya və digər ölkələrdən olan şirkətlərin nümayəndələri sənaye parkları və klasterlərə dair beynəlxalq təcrübədən bəhs etdilər. İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov isə Azərbaycanda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.

Bakı Beynəlxalq sənaye konfransı işini sabah davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir