İDMAN


“Libertadores” kubokunun final matçı Qətərdə keçirilə bilər

Bakı, 28 noyabr, AZƏRTAC

“Libertadores” kuboku uğrunda Argentinanın “River Pleyt” və “Boka Juniors” klubları arasında final matçının cavab görüşü Qətərin paytaxtı Dohada keçirilə bilər.

AZƏRTACtycsports.com” saytına istinadla xəbər verir ki, bu barədə məlumat verən mənbənin iddia etdiyinə görə, Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) oyunu Argentinanın hüdudlarından kənarda keçirmək haqda qərarından sonra təşkilata bir neçə şəhər tərəfindən təklif daxil olub.

Saytın məlumatına görə, bu oyuna ev sahibliyi üçün Paraqvayın Asunsyon, həmçinin Braziliya şəhərləri və Mayamidən (ABŞ) müraciətlər gəlib. Qətərin paytaxtının seçilməsi isə onun yerləşdiyi coğrafi məkanla – dekabrda “Libertadores” kuboku qalibinin də iştirak edəcəyi klublar arasında dünya çempionatına ev sahibliyi edəcək Birləşmiş Ərəb Əmirlikləri ilə qonşu olması ilə bağlıdır.

Bundan əvvəl CONMEBOL bəyan etmişdi ki, yarışların yekun matçı dekabrın 8-9-da keçiriləcək. “Boka Juniors”un rəhbərliyi isə görüşün vaxtının dəyişdirilməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.