İQTİSADİYYAT


“Life Beyond Tourism” hərəkatının təmsilçiləri İtaliya-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb

Florensiya, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Florensiya şəhərində İtaliya-Azərbaycan Ticarət Palatasının üzvləri ilə “Life Beyond Tourism” hərəkatının təmsilçiləri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan və İtaliya istehsalı: kiçik və orta sahibkarlıq üçün stimul və imkanlar” mövzusunda təşkil olunan görüşdə qarşılıqlı iş imkanları və biznes əlaqələri müzakirə edilib. Müzakirələr zamanı yarmarka və sərgilərin təşkili məsələləri də gündəmdə olub.

İtaliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Marina Traldi “Azərbaycanda biznesin təşkili” adlı təqdimatında iştirakçılara ölkəmizdəki iqtisadi icmal, kommersiya, korporativ və vergi xüsusiyyətləri barədə məlumat verib. O bildirib ki, Azərbaycanda sonsuz imkanlar var və İtaliya ilə ikitərəfli münasibətlər də yüksək səviyyədədir: “Bu bizə enerji sektorundan kənara çıxmağa və Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verməyə imkan yaradır”, - deyə Marina Traldi əlavə edib.

İtaliya-Azərbaycan Ticarət Palatası ilə görüş “Life Beyond Tourism Travel to Dialogue” hərəkatının müxtəlif ölkələrin mədəniyyəti ilə tanış olmaq və əlaqələr yaratmaq üçün həyata keçirdiyi layihənin bir hissəsidir. Layihə çərçivəsində Azərbaycan Florensiyada keçiriləcək 22-ci “Sülhün mənəvi miraslarla möhkəmlədirilməsi” beynəlxalq forum və sərgisində iştirak edəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Florensiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.