İQTİSADİYYAT


“Light” neftinin qiyməti son bir ildə ilk dəfə 60 dolları keçib

Bakı, 15 fevral, AZƏRTAC

“Light” markalı xam neftin bir barrelinin qiyməti 60 dolları ötüb.

AZƏRTAC xəbər verir ki, buna səbəb ABŞ-da müşahidə olunan soyuq havaların Texasda neft hasilatına təsir edəcəyinə dair narahatlıqların artması və nəticə etibarilə tələbatın çoxalacağına dair gözləntilərdir.

Belə ki, hazırda neft qiymətləri son 13 ayın maksimum səviyyəsinə yüksəlib. “Light”ın fyuçersləri 3 faizədək artaraq 2020-ci ilin yanvarından bəri ilk dəfə 60 dollar/barreli keçib.

Bazar gözləntilərinə görə, soyuq havalar Texasda neft hasilatına bir neçə min barrel zərər vura bilər.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 63 dollardan, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60 dollardan baha satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.