İDMAN


Lionel Messi karyerasında 700-cü qolunu vurub

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Barselona” - “Atletiko Madrid” oyunu meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu karyerasında 700-cü dəfə fərqlənib.

L.Messi bu qolların 630-nu “Barselona”nın heyətində keçirdiyi 724 matçda vurub. O, Argentina millisinin heyətində keçirdiyi 138 matçda 70 dəfə rəqib qapılarına yol tapıb.

Otuz üç yaşlı hücumçu La Liqanın cari mövsümündə meydana çıxdığı 28 matçda 22 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.