ELM VƏ TƏHSİL


Lisey və gimnaziyalarda diaqnostik qiymətləndirmə aparılıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalarda 5, 6, 7, 8 və 9-cu sinif şagirdlərini əhatə edən diaqnostik qiymətləndirmə təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahan zamanı 5-ci sinifdə 3 fənn üzrə 45 sual, 6-cı sinifdə 4 fənn üzrə 55 sual, 7-ci sinifdə 8 fənn üzrə 80 sual, 8 və 9-cu siniflərdə isə 9 fənn üzrə 90 sual təqdim olunub.

Diaqnostik qiymətləndirmə lisey və gimnaziyalarda təhsil alan şagirdlərin ötən tədris ilində öyrəndiklərini ölçmək məqsədilə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.