MƏDƏNİYYƏT


“Literaturnaya qazeta” Azərbaycanın qadın yazıçısının hekayəsini dərc edib

Moskva, 28 noyabr, AZƏRTAC

“Literaturnaya qazeta”da tanınmış yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsudun “Can üstə” hekayəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, əsər Vaqif İbrahimoğlunun tərcüməsində təqdim edilib.

A.Məsud Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Azərbaycan Tərcümə Mərkəzinin sədridir. İyirmidən çox kitabın müəllifi olan yazıçı-dramaturq oxuculara “O məni sevir”, “Kərbəla”, “Mənsur Həllac”, “Yol üstə” və s. maraqlı əsərləri ilə tanışdır. A.Məsud, həmçinin Qabriel Qarsiya Markesin "Patriarxın payızı", Tomas Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını - M.Nəsəfinin "Mövcudluq haqqında həqiqət", Ə.Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları", Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

2017-ci ildə tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.