MƏDƏNİYYƏT


“Litterosa” dərgisi fransızdilli xalqlara Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında məlumat verəcək

Stasburq, 19 yanvar, AZƏRTAC

Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evində “Litterosa” dərgisinin ilk nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, “Litterosa” dərgisi dünya ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında məlumatlar verir. Nəşrin ilk nömrəsində Nizami Gəncəvi, Alber Kamyu, Anton Çexov, Nitsşe və Hüseyn Abbaszadə haqqında məqalələr və onların hekayələri yerləşdirilib.

Dərginin əsas hədəfi Azərbaycan ədəbiyyatı haqqında fransız dilində mənbə formalaşdırmaq, tədqiqatçılara bu sahədə istinad edə biləcəkləri elmi məlumatlar verməkdir.

Nəşrin yaradıcısı və baş redaktoru Nicat Kazımovun verdiyi məlumata əsasən dərginin ikinci nömrəsində isə M.F.Axundzadə və Nəsimi haqqında məqalələr dərc ediləcək. “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi bizi daha ruhlandırıb və bu istiqamətdə fəaliyyətimizi gücləndirib.

Dərgilərimiz “Kəpəz” nəşriyyatının oxucuları ilə bərabər, kitablarımıza əlavə edilərək oxucularımıza hədiyyə olunacaq. Bu dərgi fransızlara Azərbaycan romanları ilə yanaşı, yazıçılarımızla tanış olmaq imkanı yaradacaq”, - deyə N.Kazımov bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.