MƏDƏNİYYƏT


Litva mətbuatı “Eurovision 2019” müsabiqəsində Azərbaycan təmsilçisindən yazır

Vilnüs, 10 mart, AZƏRTAC 

Litvanın eurodiena.lt portalında bu il Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayev haqqında məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda bu müsabiqəyə qatılmaq üçün müraciət etmiş 40 namizəd arasından Çingiz Mustafayevin seçildiyi bildirilir. Yazıda azərbaycanlı ifaçının yaradıcılığı və uğurları haqqında geniş məlumat verilir, Azərbaycanın ötən il istisna olmaqla, hər zaman “Eurovision” müsabiqəsində finala yüksəldiyi xatırlanır.

Məqalənin tam mətnini linkdən oxumaq mümkündür: 

https://eurodiena.lt/63132/eurovizija/azerbaidzanui-atstovaus-chingiz-su-kuriniu-truth/

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.