DÜNYA


Litvada koronavirusa yoluxanların sayı 30 mini ötüb

Vilnüs, 15 noyabr, AZƏRTAC

Litvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1531 nəfər artaraq 33 min 387-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 176 min 612 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 14579 nəfərdən götürülən testlərin 1531-nin nəticəsi müsbət çıxıb. Sağalanların sayı isə 7967-dir. Yeni növ koronavirusdan 266 ölüm faktı qeydə alınıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.