SİYASƏT
Livanda həyatını itirmiş Azərbaycan vətəndaşının cənazəsi Azərbaycana yola salınıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Livanda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşı Əliyev Xəzər İntiqam oğlunun cənazəsi sentyabrın 8-də Türk Hava Yollarının Beyrut-İstanbul-Naxçıvan reysi ilə Azərbaycana yola salınıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.
Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.