İDMAN


“Liverpul” klubunda aprelin ən yaxşı futbolçusu bəlli olub

Bakı, 11 may, AZƏRTAC

İngiltərənin “Liverpul” klubunda aprelin ən yaxşı futbolçusu bəlli olub.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, Məhəmməd Salah Liverpul təmsilçisinin aprel ayı üçün ən yaxşı futbolçusu seçilib. Misirli hücumçu ötən ay “Sautempton”a, “Haddersfild”ə, “Kardiff Siti”yə, "Çelsi"yə, həmçinin Çempionlar Liqasının dörddəbir finalı çərçivəsində “Portu”ya qarşı oynayıb. O, 6 matçda 5 qol vurub.

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsümdə “Liverpul”un heyətində keçirdiyi 50 oyunda 26 dəfə fərqlənməyi bacarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.