İDMAN


“Liverpul” müdafiəçisi ilə yeni müqavilə imzalayıb

Bakı, 18 yanvar, AZƏRTAC

İngiltərənin “Liverpul” futbol klubu müdafiəçisi ilə yeni uzunmüddətli müqavilə imzalayıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı şotlandiyalı futbolçu Endi Robertsonun “Liverpul” ilə yeni müqaviləsi 5 il müddətində nəzərdə tutulub.

Şotlandiya millisinin kapitanı cari mövsümdə “Liverpul”un heyətində 25 oyun keçirib. Müdafiəçi Şotlandiya millisində isə 28 matçda meydana çıxıb və 2 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.