DÜNYA


Liviyanın neft hasilatı azalıb

Bakı, 16 iyul, AZƏRTAC

Liviyada neft istehsalının azaldığı bildirilir.

AZƏRTAC xəbər verir ki, ölkənin ən böyük neft istehsal edən Şerara bölgəsində neft hasilatı gündəlik 250 min barreldən 80 min barrelə enib. Neft hasilatının azalmasına səbəb kimi təhlükəsizlik tədbirləri ilə bağlı yaranan problemlər göstərilir. Bununla əlaqədar olaraq “Şerara” neft yatağındakı 3 əsas stansiya bağlanıb və yalnız bir stansiyada istehsal davam edir.

Liviya Milli Neft Təşkilatının məlumatına görə, ötən günlərdə silahlı qruplaşma tərəfindən bölgədə çalışan 4 işçi qaçırılıb. Onlardan 3-ü Liviya və biri isə Rumıniya vətəndaşıdır.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan Liviyanın neft hasilatının gündəlik 708 min barrel olduğu qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.