İDMAN


“Lokomotiv” - “Eczaçıbaşı” oyunu azərbaycanlı hakimə həvalə olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “D” qrupunda mübarizə aparan Rusiyanın “Lokomotiv Kalininqrad” və Türkiyənin “Eczaçıbaşı” komandaları arasında keçiriləcək ilk görüşü idarə edəcək. E.Zülfüqarova polşalı Anjelika Miçlik kömək edəcək.

Qrupun ilk oyunlarına İstanbul ev sahibliyi edəcək. “Lokomotiv” - “Eczaçıbaşı” matçı dekabrın 9-da Burhan Felek Voleybol Arenasında təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.