MƏDƏNİYYƏT


Londonda BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb VİDEO

Londonda BAFTA kino mükafatı qaliblərinin adları açıqlanıb  VİDEO

London, 11 fevral, AZƏRTAC

Londonda BAFTA - Britaniya Film və Televiziya Sənətləri Akademiyası mükafatının əsas nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, meksikalı rejissor Alfons Kuaronun ekranlaşdırdığı “Roma” dramı “Ən yaxşı film” kateqoriyasında birinci olub. Bundan əlavə, Kuaron “Ən yaxşı rejissor işi” nominasiyası üzrə də qalib gəlib.

BAFTA mükafatı ən yaxşı Britaniya filmi kimi rejissor Yorqos Lantimosun lentə aldığı “Sevimli” tarixi filminə verilib. Filmdəki rollarına görə aktrisalar Oliviya Kolman və Reyçel Vays “Ən yaxşı qadın rolu” və “İkinci planda ən yaxşı qadın rolu” nominasiyalarında qalib gəliblər.

Mükafatın “Ən yaxşı kişi rolu” nominasiyasını “Bohem rapsodiyası” bioqrafik filmdə Freddi Merkürini canlandıran Rami Malek qazanıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.