İDMAN


Luis Suares əməliyyat olunub və azı bir ay oyunlarda iştirak etməyəcək

Bakı, 10 may, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının hücumçusu Luis Suares sağ dizində meniskin zədələnməsi səbəbindən artroskopik əməliyyat keçirib. İspaniya futbol klubunun saytında bildirilir ki, futbolçu dörd həftədən altı həftəyədək meydançaya çıxa bilməyəcək.

AZƏRTAC xəbər verir ki, Suares travma ilə bağlı “Barselona”nın İspaniya çempionatında qalan iki oyununu, həmçinin ölkə kubokunun “Valensiya” ilə final matçını buraxmalı olacaq.

Xatırladaq ki, cari mövsümdə uruqvaylı hücumçu keçirdiyi 49 oyunda 25 qola imza atıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.