MƏDƏNİYYƏT


L.və M.Rostropoviçlərin ev-muzeyində “Açıq qapı” günü təşkil ediləcək

Bakı, 7 may, AZƏRTAC

Mayın 10-da L.və M.Rostropoviçlərin ev-muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlara “Heydər Əliyev və M.Rostropoviçin dostluq əlaqələri” adlı tematik ekskursiya təqdim olunacaq, sənədli film nümayiş ediləcək. Həmçinin Heydər Əliyev və Mstislav Rostropoviçin Bakı görüşlərində çəkilmiş maraqlı fotoşəkillərdən ibarət slaydşou göstəriləcək. Muzeyin zəngin fondunda saxlanılan əlyazma məktublardan, fotoşəkillərdən və müxtəlif sənədlərdən ibarət maraqlı sərgi təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.