DÜNYA


Lyonda inkassator avtomobilinə hücum ediblər

Lyon, 10 iyul, AZƏRTAC

Lyonda silahlı qrup şəhər aeroportu istiqamətində irəliləyən iki zirehli furqon-inkassator avtomobilinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, canilər boş olan inkassator avtomobilinə səhvən hücum ediblər. Avtomobildə olan üç nəfərdən ikisi yüngül yaralanıb.

Naməlum silahlılar öz avtomobillərini hadisə yerində yandıraraq qaçıblar. Hadisə ilə bağlı təhqiqat başlayıb.

Qaçan silahlı şəxslərin axtarışına yerli polis və jandarm qüvvələri, eləcə də vertolyot cəlb olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lyon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.