MƏDƏNİYYƏT


MƏKTƏBLİNİN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR

Azərbaycan Miniatür Mərkəzində Bakının Səbail rayonundakı 219 nömrəli məktəbin XI sinif şagirdi Samidə Əsədovanın ilk fərdi sərgisi açılmışdır.

Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş sərgidə məktəbli rəssamın rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət janrlarında 40-a yaxın əsəri nümayiş etdirilir.

Rəssamlar ittifaqının katibi Ağəli İbrahimov və başqaları açılış mərasimində yeniyetmə sənətçinin əsərlərindəki məziyyətlərdən danışaraq, ilk fərdi sərgisi münasibətilə S.Əsədovanı təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışlar.

Sərgi yanvarın 15-dək davam edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.