İQTİSADİYYAT


MƏLUMAT

İqtisadi İnkişaf Nazirliyində “2002-2006-cı illərdə qara metallurgiya sənayesinin inkişafı üzrə Dövlət Proqramı” layihəsinin hazırlanması başa çatdırılmışdır. Proqram bazar iqtisadi münasibətlərinin inkişafı dövründə Azərbaycan iqtisadiyyatında qara metallurgiya sənayesinin dirçəlişi və inkişafı üçün zəruri iqtisadi problemlərin həlli yollarını, bu sahənin inkişaf istiqamətlərini əhatə edir.

Sənəddə qara metallurgiya sənayesinin hazırkı vəziyyəti təhlil olunmuş, tammərhələli qara metallurgiya sənayesi yaradılmasının mümkünlüyünün iqtisadi-elmi əsasları, qara metallurgiyanın inkişafına investorların cəlb edilməsi məqsədi ilə həlli vacib olan məsələlər, qara metallurgiya sənayesində struktur dəyişikliklərinin aktuallığı öz əksini tapmışdır.

Proqramda nəzərdə tutulan Azərbaycanda qara metallurgiyanın inkişaf strategiyasının əsasını milli sərvətimizdən səmərəli istifadə etməklə daxili bazarın tələbatının dünya qiymətlərindən ucuz və keyfiyyətcə beynəlxalq standartlara cavab verən məhsullarla ödənilməsi, qara metal məmulatına təklif səviyyəsinin artırılması, ixrac potensialını yaratmaqla qara metal sənayesinin dinamik inkişafına və bu sahədə əmək fəaliyyətinə cəlb olunan əhalinin normal həyat səviyyəsinə təminat verən səmərəli təsərrüfat sisteminin yaradılması təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.