ELM VƏ TƏHSİL
“MANDİALOQ” LAYİHƏSİ ÜZRƏ 2-Cİ MÜSABİQƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, YUNESKO-nun “Mandialoq” layihəsi üzrə 2-ci beynəlxalq müsabiqəyə başlamışdır. Bu münasibətlə Bakının Nizami rayonundakı 220 nömrəli məktəb-liseydə “Mandialoq günü” keçirilmişdir.
“Mersedes-kraysler” şirkəti nümayəndələrinin, ayrı-ayrı təhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə liseyin direktoru Almaz Əsgərova layihənin əhəmiyyətini vurğulamış, məktəblilərə təhsildə uğurlar arzulamışdır.
Liseyin “Arzu” komandasının üzvləri öz nailiyyətlərindən danışmışlar.
Sonra İspaniyada keçirilmiş Beynəlxalq “Mandialoq” simpoziumundan bəhs edən videofilm göstərilmişdir.
Xatırladaq ki, Almaniyanın “Mersedes-kraysler” şirkətinin maliyyə dəstəyi ilə 2004-cü ildə İspaniyanın Barselona şəhərində keçirilən 1-ci Beynəlxalq müsabiqədə liseyin “Arzu” komandası qalib gəlmişdi.