SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 62 saylı Qobustan-Siyəzən-Xızı seçki dairəsi dairə seçki komissiyasının üzvü Bəhruz Aslanovun öz ərizəsi əsasında komissiya üzvlüyündən azad edilməsi, Ağamahmud İsmayılovun həmin seçki dairəsi davirə seçki komissiyasının üzvü təyin edilməsi haqqında məlumat vermişdir. Komissiya bu məlumat əsasında müvafiq qərar qəbul etmişdir.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə dairə seçki komissiyası və məntəqə seçki komissiyası protokollarının müasir tələblər baxımından daha da təkmilləşdirilməsi məsələsi üzrə qərar qəbul olunmuşdur.
Komissiyanın işində Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakıdakı nümayəndəliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MSK-nin Mətbuat xidməti